“Çelsi”dən 18 milyon avroluq transfer

“Çelsi”dən 18 milyon avroluq transfer

İngiltərənin “Çelsi” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

SİA Matç.az-a istinadən xəbər verir ki, Premyer Liqa nəhəngi “Aston Villa”dan yarımmüdafiəçi Karni Çukvuemekanı transfer edib.

Bu barədə London klubunun rəsmi saytı məlumat yayıb. 18 yaşlı futbolçu ilə 6 illik müqavilə imzalanıb. “Çelsi” bu transfer üçün “Aston Villa”ya 18 milyon avro ödəyib.

Karni Çukvuemeka Avstriyada dünyaya göz açsa da, İngiltərə vətəndaşlığı var. O, 2016-cı ildən “Aston Villa”da idi. Peşəkar karyerasına məhz bu klubda başlayan yarımmüdafiəçi, əsas komandada 16 oyun keçirib. O, bu görüşlərdə bir məhsuldar ötürmə ilə yadda qalıb. Çukvuemeka İngiltərənin U-19 yığmasının da üzvüdür.

Yeri gəlmişkən, “Aston Villa” braziliyalı hücumçusu Ueslini də İspaniyanın “Levante” klubuna icarəyə verib. 25 yaşlı futbolçu 2022/23 mövsümünün sonunadək bu komandada oynayacaq. 2019-cu ildən “Aston Villa”da olan forvard daha öncə “Brügge” və “İnternasional” klublarına da icarəyə verilib. O, İngiltərə klubunda cəmi 26 oyuna çıxıb, 6 qolla yadda qalıb. Braziliya yığmasında da 1 oyun keçirmiş futbolçu, əvvəllər “İtabuna”, “Trençin” və “Brügge”də oynayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə