"Hər bir komandanın güclü və zəif tərəfləri olur". SİA xəbər verir ki, bunu Macarıstanın "Ferentsvaroş" komandasının baş məşqçisi Stanislav Çerçesov Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.
Baş məşqçinin sözlərinə görə, Qarabağ çox güclü komandadır: "Biz onun gücünü nəzərə alaraq sabah onlarla oyuna çıxacıyıq. Sabah ki, oyunda hər şey sıfırdan başlayır. Qarabağ oyuna ev sahibliyi etdiyinə görə favorit hesab oluna bilər. Komandamızın müəyyən üslubu var. Rəqibin öz rəqibinə necə oyun sərgiləməsindən hər şey bəlli olacaq".
Müəllif: Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB