"Arsenal"ın yarımmüdafiəçisi Lukas Torreyranın "Qalatasaray"a keçməkdə maraqlı olduğu bildirilir. SİA-nın "Sport-express"ə istinadən məlumatına görə, 26 yaşlı uruqvaylı Türkiyə klubu ilə müqavilə bağlamağa hazırdır. Müqavilənin uğurlu alınacağı təqdirdə daha bir il uzadılması variantı ilə 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq və futbolçu hər mövsümdə 3 milyon avro qazanacaq.
Qeyd edək ki, Torreyra ötən mövsüm icarə əsasında "Fiorentina"da çıxış edib. O, İtaliya yığmasında 35 matçda 5 qol vurub, 2 məhsuldar ötürmə edib.
"Portal Transfermarkt.com" oyunçunu 20 milyon avro dəyərində qiymətləndirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB