“Mançester Yunayted” matçında Kriştiano Ronaldonun baş məşqçisi ilə mübahisə etdiyi videosu yayılıb. SİA-nın "Championat"a istinadən məlumatına görə, "Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo "Rayo Valekano" ilə yoldaşlıq görüşündə (1:1) "qırmızı şeytanlar"ın baş məşqçisi Erik Ten Haqla mübahisə edib.
“Su içmə” fasiləsi zamanı Ten Haq Ronaldoya yaxınlaşaraq ona bəzi iradlar bildirdi. Portuqaliyalı narazı baxışlarla jest etməyə başlayıb və məşqçidən bir addım uzaqlaşıb.
Daha əvvəl məlumat verilmişdi ki, portuqaliyalı Xorxe Mendeş bir neçə həftə ərzində Avropanın bir neçə böyük klubları olan "Barselona", "Atletiko", "Çelsi", "Bavariya", "Napoli" ilə görüşlər və söhbətlər aparıb, lakin söhbət konkret təkliflərdən getmir.
Ronaldo 2021-ci ildən "Mançester Yunayted"də çıxış edir. Portuqaliyalı hücumçu ilə klub arasında müqavilə 2023-cü ilə qədər nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB