Bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqası və UEFA Avropa Liqasının 2022/23-cü illər mövsümünün pley-off mərhələsinin püşkü atılıb. SİA-nın AFFA-ya istinadən məlumatına görə, Çempionlar Liqasındakı təmsilçimiz "Qarabağ" turnirin üçüncü təsnifat mərhələsində Macarıstanın “Ferentsvaroş” klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə pley-off-da “Şerif” (Moldova) – “Viktoriya” (Plzen, Çexiya) cütünün qalibi ilə üz-üzə gələcək. Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları 16-17 avqust, cavab matçları 23-24 avqust tarixlərində olacaq. “Qarabağ” ilk oyununu Bakıda keçirəcək.
Təmsilçimiz “Ferentsvaroş”la mübarizədən məğlub ayrılacağı təqdirdə çıxışını UEFA Avropa Liqasında davam etdirəcək və turnirin pley-off mərhələsində "Şemrok Rovers" (İrlandiya) – "Şkupi" (Şimali Makedoniya) cütünün qalibi ilə qarşılaşacaq. Bu mərhələnin ilk oyunları avqustun 18-də, cavab qarşılaşmaları isə 25-də olacaq. “Qarabağ” ilk oyununu Bakıda keçirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB