UEFA Avropa Konfrans Liqasındakı təmsilçimiz “Neftçi”nin turnirin üçüncü təsnifat mərhələsinin cavab qarşılaşmasında səfərdə keçirəcəyi oyunu idarə edəcək hakimlər açıqlanıb. SİA-nın AFFA-ya istinadən məlumatına görə, avqustun 11-də Bakı vaxtı ilə saat 22:30-da başlayacaq “Rapid” (Vyana) – “Neftçi” qarşılaşmasını Norveçdən olan hakimlər briqadası idarə edəcək.
Baş hakim: Rohit Saqqi
Baş hakimin köməkçiləri: Qeyr İsaksen, Morten Yensen
Dördüncü hakim: Sivert Öksnes Amland
(Hakimlər briqadası Norveçdəndir)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB