Manuel Fernandes jurnalisti döyüb - VİDEO

Manuel Fernandes jurnalisti döyüb - VİDEO

İranın “Sepahan” komandasında çıxış edən “Beşiktaş”ın sabiq futbolçusu Manuel Fernandes jurnalisti döyüb. SİA-nın "Fotomaç"a istinadən məlumatına görə, Fernandes ötən gün rəfiqələri ilə gəldiyi İstanbulun Kuruçeşmə qəsəbəsindəki əyləncə məkanının çıxışında jurnalistə hücum edib.

Gecə həyatında ikən şəklinin çəkildiyini anlayan Fernandes və onun meneceri olduğunu deyən şəxs jurnalistin üzərinə yeriyərək onu döyüb.

https://youtu.be/Gno_ErCFK6M

Bütün xəbərlər Facebook səhifəmizdə