"İnter" Aleksis Sançesdən qurtulmaq istəyir

"İnter" Aleksis Sançesdən qurtulmaq istəyir

Hücumçu Aleksis Sançes yaxın günlərdə "İnter"i tərk edə bilər. SİA-nın "Sky Sport"a istinadən məlumatına görə, "İnter" 33 yaşlı futbolçu ilə müqaviləni ləğv etmək üçün danışıqlar aparır.

Tərəflər hələlik müqaviləyə xitam verilməsi şərtləri ilə bağlı razılığa gələ bilmirlər, lakin danışıqlar davam edir və yaxın vaxtlarda həll yolu tapıla bilər. Sançesin "İnter"lə hazırkı müqaviləsi 2023-cü ilin yayına qədərdir.

Romelu Lukakunun qayıdışından sonra "İnter" Sançesi dərin ehtiyat oyunçu hesab edir, çünki komandada hələ də Lautaro Martinez, Edin Dzeko və Xoakin Korrea var. Buna görə də “İnter” Aleksisdən yaxa qurtarmaq istəyir. Klub daha sonra müdafiəyə yeni oyunçu transfer etmək fikrindədir.

Sançes 2020-ci ilin sentyabrından "İnter"də çıxış edir. O, klubda 108 oyuna çıxıb, 20 qol vurub və 23 məhsuldar ötürmə verib.

Bütün xəbərlər Facebook səhifəmizdə