Millimiz daha bir oyun keçirib - FOTOLAR

Millimiz daha bir oyun keçirib - FOTOLAR

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası növbəti yoldaşlıq oyununu keçirib. SİA-nın AFFA-ya istinadən məlumatına görə, Bakı “Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında Səudiyyə Ərəbistanı yığması ilə qarşılaşan millimiz 6:4 hesabı ilə qələbə qazanıb. Orxan Məmmədov və Sabir Allahquliyevin dubl etdiyi oyunda komandamızın digər qollarını Vaqif Şirinbəyovla Comərd Baxşəliyev vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə