"Fənərbaxça"dan növbəti transfer

"Fənərbaxça"dan növbəti transfer

“Fənərbaxça” heyətini yeni futbolçu ilə gücləndirib.

SİA Qol.az-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi Səudiyyə Ərəbistanının “Əl Əhli” klubundan cinah müdafiəçisi Ezqan Alioskini icarəyə götürüb.

Bu barədə İstanbul klubun mətbuat xidməti məlumat yayıb. Şimali Makedoniya millisinin üzvü 2022/2023 mövsümünü "Fənərbaxça"da keçirəcək.

Qeyd edək ki, Alioski daha əvvəl İsveçrədə “Lütsern, “Luqano”, İngiltərədə “Lids”də çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə