"...Hələ qərar verməmişəm"

"Torpedo"nun (Rusiya) hücumçusu David Qarayev Azərbaycanın əsas millisində oynamaq ehtimalından danışıb.

SİA Qol.az-a istinadən xəbər verir ki, bu barədə o, "Sport24.ru" saytına müsahibəsində bildirib. 27 yaşlı oyunçu bu məsələ ilə bağlı qərar vermədiyini bildirib:

"Azərbaycanın gənclər yığmasında oynamışam. Orada qohum-əqrəba yoxdur. Sadəcə, o vaxt bir çox əcnəbi futbolçuya Azərbaycan pasportu verilirdi. Mən AFFA-dan zəng edib dedilər ki, "1995-ci il təvəllüdlü oyunçuların komandasını yığırıq, gəl". Amma sonra pasportumdan imtina etməli oldum. Çünki limitə görə Rusiyada oynamaq çətin idi. Azərbaycan və ya Rusiya millisində oynamaqla bağlı hələ qərar verməmişəm".

Qeyd edək ki, David Qarayev 2013-cü ildə 18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisində çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə