Almaniyada ilin oyunçusu bəlli olub

Almaniyada ilin oyunçusu bəlli olub

"Kicker" jurnalının təşkil etdiyi və Almaniya İdman Jurnalistləri Assosiasiyasına (VDS) üzv olan 698 jurnalistin qatıldığı sorğuda ilin oyunçusu bəlli olub. SİA-nın "Aspor"a istinadən məlumatına görə, keçirilən sorğuda 158 səslə Almaniya Bundesliqa təmsilçisi karyerasını "Leyptsiq"də davam etdirən fransalı futbolçu Kristofer Nkunku ilin futbolçusu mükafatını qazanıb.

2014-cü ildən “Bavariya”da çıxış edən və bu mövsüm “Barselona”ya transfer olan polşalı hücumçu Robert Levandovski 138 səslə ikinci, “Aynraxt Frankfurt”un qapıçısı Kevin Trapp isə 65 səslə üçüncü olub.

Bütün xəbərlər Facebook səhifəmizdə