Azərbaycan Milli Karate Federasiyasının yığma komandasının üzvləri də avqustun 9-u və 18-i Türkiyədə keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edəcəklər.
Bu barədə SİA-ya öz ürək sözlərini bildirən idmançılarımızdan biri Karate üzrə Milli Komandamızın üzvü, avropa çempionu Əminağa Quliyevdir.
- Qarşıdakı günlərdə keçiriləcək V İslam Həmrəyliyi Oyunlarına necə hazırlaşırsınız?
- Yarışa hazırlığımız Milli Karate Fedrsiyası tərəfindən yüksək səviyyədə təmin olunub. Məşqlərimizi 3 mərətəbədən ibarət olan idman zallarımızda keçirik. Təlim-məşq toplantılarımıza gedib, gəlməmiz üçün kompleksə yaxın olan oteldə qalırıq. İslam Həmrəyliyi Oyunları üçün komandamızın təlim-məşq toplantısı avqustun 1-dən 10-dək davam edəcək.
- Gələcəkdəki digər yarışlarınız barədə nə deyə bilrəsiniz?
- Əlbəttə, ilk öncə Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Oyunlarında bacardığım qədər səy göstərib, Bakıya qələbə sevinci ilə dönməkdir məqsədim. Daha sonra isə Paytaxtımızda keçiriləcək Karate Premier Liqasında öz sözümü deməyə çalışacam.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB