Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışında olan Səudiyyə Ərəbistanı yığması ilə yoldaşlıq oyununu keçirib.
SİA-nın AFFA-ya istinadən məlumatına görə, Bakı “Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında keçirilmiş oyun 4:1 hesabı ilə komandamızın xeyrinə başa çatıb. Millimizin qollarını Hüseyn Axundov (2), Amid Nəzərov və Ramil Əliyev vurub. Bu komandalar arasında növbəti oyun sabah keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB