Nazarovun komandası kubokla erkən vidalaşdı

Nazarovun komandası kubokla erkən vidalaşdı

Almaniya kubokunda 1/32 final mərhələsinin oyunları keçirilir.

SİA Qol.az-a istinadən xəbər verir ki, millimizin üzvü Dmitri Nazarovun formasını geyindiyi “Erzgebirge” bu mərhələdə Bundesliqa təmsilçisi “Maynts”la qarşılaşıb və 0:3 hesabı ilə uduzub. Beləliklə, "Erzgebirge" turnirlə erkən vidalaşıb.

Nazarov da bu matçda iştirak edib. Start heyətdə meydana çıxan oyunçu 80-ci dəqiqədə əvəzlənib. O, 61-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə