Basketbol millisi bu gün 3-cü yer uğrunda oyuna çıxacaq

Basketbol millisi bu gün 3-cü yer uğrunda oyuna çıxacaq

18 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi San Marinoda gənclər arasında təşkil olunan Avropa çempionatında bu gün sonuncu oyununu keçirəcək. SİA-nın məlumatına görə, yığma bürünc medal uğrunda matçda Lüksemburq seçməsi ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:45-də başlayacaq.

Qeyd edək ki, Azərbaycan qrupdakı ilk oyununda Lüksemburqa 75:71, ikinci görüşündə isə Cəbəllütariqə 115:60, üçüncü matçında isə Ermənistana 76:65, Moldovaya 75:66 hesabı ilə qalib gəlib. Yığma yarımfinalda isə Albaniyaya uduzub - 56:76.

Bütün xəbərlər Facebook səhifəmizdə