Ardıcıl 3-cü dəfə, tarixdə 10-cu dəfə Super Kubok qazandılar

Ardıcıl 3-cü dəfə, tarixdə 10-cu dəfə Super Kubok qazandılar

Futbol üzrə Almaniya Super Kubokunun qalibi müəyyənləşib.

SİA Matç.az-a istinadən xəbər verir ki, həlledici oyunda Bundesliqanın sonuncu qalibi “Bayern”lə Almaniya kubokunun sahibi “Leypsiq” komandaları qarşılaşıb.

8 qolun qeydə alındığı matç Münhen təmsilçisinin qələbəsiylə yekunlaşıb – 5:3.

Beləliklə, “Bayern” ardıcıl 3-cü, bütövlükdə isə 10-cu dəfə Almaniya Super Kubokunun qalibi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə