"Sabah" Kipr klubuna uduzdu

Bolqarıstanın Bansko şəhərində təlim-məşq toplanışını davam etdirən “Sabah”ın hazırlıq çərçivəsində bu gün sonuncu yoxlama oyununa çıxıb.

SİA Qol.az-a istinadən xəbər verir ki, komanda Kiprin yüksək liqa təmsilçisi “Nea Salamina” klubu ilə qarşılaşıb. Görüş "Nea Salamina"nın 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Sabah"ın yeganə qolunu isə Bəxtiyar Həsnəlizadə vurub.

Qeyd edək ki, iyulun 17-dən Banskoda təlim-məşq toplanışında olan "Sabah" bu günə kimi hazırlıq çərçivəsində İsrailin “Hapoel Hadera” (0:1) və Kiprin “Akritas Xlorakas” (2:3) klubları ilə qarşılaşıb. Bolqarıstan toplanışına iyulun 31-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə