Polad Həşimovun xatirəsinə həsr olunan beynəlxalq turnir keçiriləcək
Bakıda şəhid general-mayor Polad Həşimovun xatirəsinə həsr olunan beynəlxalq turnir keçiriləcək. SİA-nın verdiyi məlumata görə, Azərbaycan Ciu-Citsu Federasiyasından verilən məlumata görə, beynəlxalq turnir Rövşən Veysəlov adına İdman Klubunun təşkilatı dəstəyi ilə keçiriləcək.
Ciu-Citsu beynəlxaq turniri iyulun 31-də Bakı İdman Sarayında baş tutacaq. Turnirdə Azərbaycan, Türkiyə, İran, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan və Orta Asiya ölkələrindən tanınmış idmançılar yarışacaq.
Kəmalə Təyyarqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB