"İdman hamı üçün" adlı lahiyənin açılış mərasimi keçirilib - FOTOLAR
Gənclər və İdman Nazirliyinin "İdman hamı üçün" layihəsi çərçivəsində Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 29 iyul 2022-ci il tarixdə Böyük Şor Parkının ərazisində paytaxt sakinləri arasında "İdman Festivalı" keçirilib. SİA xəbər verir ki, "İdman Festvalında" musiqi sədaları altında taekvondo, karate, kapoeyra və s. idman növlərindən nümunəvi çıxışlar və atletika, kəndirdartma, tir atıcılığı, darts üzrə yarışlar təşkil olunub.
Müxtəlif idman növləri və proqramlar üzrə normativləri yerinə yetirən iştirakçılara müvafiq sertifikatlar təqdim olunub.
İdman festivali paytaxt sakinlərinin böyük marağına səbəb olub.
Qeyd edək ki, kütləvi idman tədbirinin təşkilində əsas məqsəd əhali, xüsusən də uşaq və gənclər arasında idmana marağın artırılması, sağlam həyat tərzinə çağırış, asudə vaxtın səmərəli təşkilidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB