Karate üzrə Azərbaycan Milli yığma komandasının üzvü, avropa çempionu Məmmədli Hüseyn qarşıdakı aylarda önəmli yarışlarda iştirak edəcək. İdmançının SİA-ya verdiyi müsahibədə gələcək planlarından da bəhs etdi.
İdmanda sonuncu nahiliyyətiniz hansıdır?
- Sonuncu Avropa Çempionatından danışmaq istərdim. Bu ilin iyun ayının 18-də Çexiyanın Praqa şəhərində keçirilən karate üzrə Avropa Çempionatında 18-20 yaş kateqoriyasında mübarizə aparmışam. - 67 kq çəki dərəcəsində yarışaraq 5 döyüş keçirdim. Finalda isə Belçikadan olan rəqibimə qalib gələrək qızıl medalın sahibi oldum.
İrəlidə sizi hansı yarışlar gözləyir?
-Qarşıdakı aylarda Türkiyədə keçiriləcək iki önəmli yarışlarda iştirak edəcəm. Bunlardan biri sentyabr ayında keçiriləcək karate 1 a seriyası üzrə yarışlar, digəri isə Dünya Çempionatıdır. Bu yarışlarda da yüksək nəticə əldə edib bayrağımızı ucaltmaqdır məqsədim."
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB