2022/23 mövsümü üçün hazırlıqlarını Türkiyənin Ankara şəhərində davam etdirən “Sumqayıt” FK dünən sözügedən ölkədə sonuncu yoxlama oyununu keçirib.
SİA Qol.az-a istinadən xəbər verir ki, Aleksey Baqanın baş məşqçisi olduğu komanda son İran çempionu “İstiqlal”la üz-üzə gəlib və 0:1 hesabı ilə uduzub.
Qeyd edək ki, bu gün keçiriləcək bərpa məşqi ilə “Sumqayıt” FK 2022/23 mövsümü üçün hazırlıq prosesinin 2-ci mərhələsini yekunlaşdıracaq. Komanda 30 iyul tarixində Vətənə qayıdacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB