"Mən komandamı qələbə münasibəti ilə təbrik edirəm. Çox sevincliyəm ki, biz 3 qol vuraraq növbəti oyuna vəsiqə qazandıq". SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında "Neftçi" komandasının baş məşqçisi Laurentsiu Regekampf "Nefçi" - "Aris" oyunundan sonra keçirilən mətbuat konfransında bildirib.
Baş məşqçi bildirib ki, sabahdan etibarən artıq məşqlərə başlanılacaq: "Növbəti oyunda bizi çətin komanda gözləyir. Bizim fanatlarımız bu gün mükəmməl idilər. Neftçinin fanları oyun zamanı futbolçuları əhatə etmişdi. Bu günkü oyundan çox razı qaldım. Düzdür, çox çalışmalıyıq. Biz Kiprdən ölkəmizə məğlub şəkildə qayıtmışdıq. Çünki oyuna tam hazır deyildik. Məhz bu səbəbdən çoxları bizim bu gün qələbə qazanacağımıza inanmırdı. Bütün komanda bu günkü oyunda bir çalışaraq, tamamilə oyuna köklənmiş bir vəziyyətdə idilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB