“Çox yaxşı oyun göstərdik. Bəlkə də, keçən oyundakı məğlubiyyətdən sonrakı mətbuat konfransında mən deyəndə ki, yaxşı hazırlaşıb, mərhələ keçəcəyik, çoxları mənə gülürdü. Mən futbolçularımızı tanıyıram, güclərinə bələdəm”.
SİA Qol.az-a istinadən xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Aris”lə (Kipr) Bakıdakı oyundan sonra “CBC Sport”a açıqlamasında deyib.
O, 3:0 hesablı qələbə qazanaraq mərhələ keçdikləri matçı şərh edib: “Burada qələbə haqqı daha çox oyunçulara düşür. Mən onları məşq etdirirəm, hər oyuna hazır edirəm. Kluba da təşəkkür edirəm ki, komandaya belə keyfiyyətli oyunçular gətirilib”.
Regekampf azarkeşləri də unutmayıb: “Yerli azarkeşlər sadəcə olaraq mükəmməl idi. Sanki 12 oyunçu ilə oynayırdıq. Azarkeşlərə təşəkkür edirəm”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB