Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının təkmübarizlik kafedrasının Taekwondo müəllimi, Milli Olimpiya Komitəsinin "Azərbaycan Olimpiya Atletlər Komissiya"sının üzvü, Taekwondo idman növü üzrə Dünya və Avropa çempionu Fəridə Əzizovanın SİA-ya müsahibəsini təqdim edirik:
- Adətən xanımların idmanla məşğul olmalarını birtərəfli qarşılamırlar. Sizdə bu baxımından vəziyyət necə oldu? Hansısa maneələrlə qarşılaşmısınız?
- Düzdür, adətən qızlarımız hansısa idman növü ilə məşğul olanda qadağalar qoyulur və istədikləri sahəyə yiyələnməyə imkan vermirlər. Mən belə bir halnan rastlaşmadım, çünki idmana həkim məsləhəti ilə gəlmişəm. Çünki səhhətimdə bəzi problemlər olduğu üçün 6 aylıq realibitasiyada oldum və ayaqlarımın hərəkətdə olması üçün hansısa idman növü ilə məşğul olmam məsləhətli idi.
Həmin ərəfələrdə rayonumuzda taekovonda üzrə döyüş kursları açıldığına görə ora yazıldım. 6 ay reabilitasiya bitdikdən sonra valideynlərim dedi ki, artıq idmanı dayandırmalısan. Mən onlara qarşı çıxdım və bu idman növünü çox sevdim, professional şəkildə məşğul olmağa başladım. Düzdür, valideynlərim öncələr istəmirdi davam elətdirim, idmana olan sevgimi görəndən sonra yarışlara qatılıb qazandığım medalları görəndən sonra məndə alındığını gördülər və yavaş-yavaş qadağalar aradan qalxdı
- Bəs xanımlarımız ən çox nə üçün idmanla məşğul olur?
- Son zamanlar statistikaya görə qadınların idmana marağı çoxalıb və bu ürəkaçan bir haldır. Həm professional idmanla məşğul olanların, eyni zamanda trinajor zallara gedən xanımların sayında da artan müşahidələr görürük. Hansı ki, onlar öz görünüşlərinə və sağlamlıqlarına görə daha çox idmana üstünlük verirlər. Professional idmanla məşğul olan xanımlar da təbii ki öz karyeralarında uğur qazanmaq üçün bu yolda irəli getməyə çalışırlar.
- Fəridə xanım, niyə məhz taekvondo? Bildiyimiz qədər uşaqlıqdan futbolla da məşğul olmusunuz.
- Bayaq da dediyim kimi, ilk dəfə sırf səhhətimlə bağlı olaraq bu sahə ilə məşğul oldum. Futbol ilə taekvondo arasında qaldım və kiçik yaşlarımdan döyüşkən uşaq olduğun üçün özümü daha çox bu sahədə gördüm. İlk olaraq da, son olaraq da irəli getdiyim idman növü taekvando olacaq. Futboldur, digər idman növləridir sadəcə həvəskar kimi arada məşğul olmuşam.
- Xristian dinini qəbul etmisiniz. Dininizi dəyişdirdiyinizə görə ailədə, işinizdə narazılıqlarla qarşılaşmadınız?
- Bəli, dinimi dəyişdirmişdim və bu yeniyetməlik dövründə etdiyim bir səhv idi. Ətrafımdakı səhv düşüncədə olan insanların fikirlərinə uyuyaraq bu addım atmışdım. Artıq 5 ilə yaxındır ki, səhvimi düzəltmişəm və tövbə etmişəm. Xalqımızdan xahiş edərdim xristian dinini qəbul edib və xristiandır anlayışını işlətməsinlər, çünki mən müsəlman dinimizə qayıtmışam. Allahımıza tövbə edib, üzr istəmişəm.
- Kariyeranızda ən böyük hədəfiniz nədir?
- Bütün idmançılardakı kimi təbii ki, mənim də ən böyük hədəfim Olimpiya çempionu olmaq, Olimpiya medalı qazanmaqdır. Onlarla yanaşı eyni zamanda dünya çempionu və Avropa çempionu titullarını təkrar qazanmaqdır.
- Bir ara səhhətinizlə bağlı müalicələr alırdınız. İndi necədir vəziyyətiniz?
- Bəli, əvvələr səhhətimlə bağlı müalicələr alırdım. Hal-hazırda məşq etməyimə baxmayaraq problemlər hələ də var. Çünki bunlar xroniki zədələrdir və təəssüflər olsun ki, bir dəfə müalicə almaqnan keçmir. Ona görə də mütəmadi olaraq həkimlərlə konsultasiya edirəm və eyni zamanda həkimlərin nəzarəti altında məşq edirəm. Elə vaxtlar olur ki, məşq zamanı ağrılar özünü göstərir ya məşqi dayandırıram ya da induvidual olaraq davam elətdirirəm.
- Bir çox xanımlarımız var ki, kiçik yaşlardan idmana həvəslidir, lakin valideynlərin qadağalarına görə arzularından olurlar. Buna münasibətiniz necədir və uğur qazanmış bir idmançı qadın olaraq onlara nə demək istəyərdiniz?
- Bu sualı verməklə gözəl məqama toxundunuz. Həqiqətən də olur ki, bəzən valideynlər uşaqların arzularına kiçik yaşlardan qadağalar qoyaraq, onların gələcəklərini əllərindən almış olurlar. İlk növbədə idman sağlamlıqdır. İkincisi uşaqlar idmanla məşğul olanda, böyüyəndə də həyatda daima mübarizə aparmağı öyrənirlər. Çünki idman hər zaman mübarizə aparmaqdır. Eyni zamanda da onlar fərqi yoxdur qız və ya oğlan pis vərdişlərdən uzaq olurlar. Həmçinin idman sahəsi üçün getdiyi ölkələrin şəhərlərini, mədəniyyətlərini öyrənirlər. Bu da onların dünyagörüşlərini müəyyən qədər artırır.
Müəllif: Havar Şəfiyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB