Ronaldo "Mançester Yunayted"lə müqaviləsini bitirmək istədiyini bildirib. SİA-nın "Daily Mail"ə istinadən məlumatına görə, "Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo klubla müqaviləsini ləğv etmək istədiyini bildirib.
Mənbənin məlumatına görə, Ronaldo İngiltərəyə qayıdıb və Çempionlar Liqasında çıxış edən komanda tapmaq üçün müqaviləni pozmaq istədiyini açıqlayıb.
Qeyd olunur ki, “Mançester Yunayted” futbolçunu buraxmaq istəmir və portuqaliyalı ilə maraqlanan komandalardan heç bir müraciət olmayıb.
Ötən mövsüm Ronaldo komandanın heyətində bütün yarışlarda 39 matçda 24 qol vurub və 3 məhsuldar ötürmə verib. Hücumçunun klubla müqaviləsi 30 iyun 2023-cü ilə qədərdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB