Neymar mühakimə olunacaq

"PSJ"-nin braziliyalı hücumçusu Neymar korrupsiyada ittiham olunur.

SİA-nın "El Pais"ə istinadən məlumatına görə, oktyabrın 17-də Barselonada braziliyalı hücumçu və daha 5 nəfərə qarşı onun "Barselona" ilə müqaviləsində korrupsiya ittihamı ilə məhkəmə başlanmalıdır. İttiham tərəfi Neymar üçün iki il həbs istəyib.

Neymarın valideynlərinə, həmçinin "Barselona"nın keçmiş prezidentləri Sandro Rosel və Xosep Mariya Bartomeuya qarşı da iddialar qaldırılıb.

İddianı futbolçunun "Santos"un futbolçusu olduğu və oradan "Barselona"ya köçdüyü zaman onun hüquqlarının 40%-nə malik olan Braziliyanın DIS şirkəti qaldırıb. Şirkət futbolçunun, onun qohumlarının və "Barselona"nın uydurduğu fırıldağın qurbanı olduğuna inanır və 150 ​​milyon avrodan çox təzminat tələb edir.

DIS və prokurorlar hesab edir ki, Neymar və atası 2011-ci ildə "Barselona" ilə iki qondarma müqavilə imzalayıb, eyni zamanda, futbolçunun hüquqlarının artıq "Santos"a məxsus olmasına məhəl qoymurlar.

Prokurorluq Neymar üçün iki il həbs və 10 milyon avro cərimə tələb edir.DIS isə öz növbəsində Neymarın beş il müddətinə həbs olunmasını tələb edir.

Bütün xəbərlər Facebook səhifəmizdə