Təmsilçilərimiz cavab oyunlarını keçirəcək

Təmsilçilərimiz cavab oyunlarını keçirəcək

UEFA Avropa Konfrans Liqasında mübarizə aparan “Neftçi”, “Zirə” və “Qəbələ” turnirin ikinci təsnifat mərhələsində cavab oyunlarını keçirəcək.

SİA-nın AFFA-ya istinadən məlumatına görə, “Neftçi” ilə “Qəbələ” evdə müvafiq olaraq Kiprin “Aris” və Macarıstanın “Fehervar”, “Zirə” isə səfərdə İsrailin “Makkabi” (Təl-Əviv) klubu ilə qarşılaşacaq. "Qəbələ" - "Fehervar" görüşü CBC İnternational, “Neftçi” – “Aris” oyunu CBC Sport, “Makkabi” - “Zirə” qarşılaşması isə İctimai TV vasitəsilə canlı yayımlanacaq.


“Qəbələ” - “Fehervar” (Macarıstan)
28 iyul. Qəbələ şəhər stadionu. Saat 20:00
Baş hakim: Kristofer Yaeger
Baş hakimin köməkçiləri: Robert Staynaxer, Santino Şrayner
Dördüncü hakim: Markus Hameter
(Hakimlər briqadası Avstriyadandır)

“Neftçi” - “Aris” (Limassol, Kipr)
28 iyul. Bakcell Arena. Saat 21:00
Baş hakim: Bastian Dankert
Baş hakimin köməkçiləri: Yan Saydel, Eduard Baytinger
Dördüncü hakim: Sven Yablonski
(Hakimlər briqadası Almaniyadandır)

“Makkabi” (Təl-Əviv, İsrail) - “Zirə”
28 iyul. Bloomfield Stadium. Saat 21:30
Baş hakim: Mario Zebec
Baş hakimin köməkçiləri: Hrvoje Radiç, Luka Puşic
Dördüncü hakim: Fran Joviç
(Hakimlər briqadası Xorvatiyadandır)

Bütün xəbərlər Facebook səhifəmizdə