Qurban Qurbanov zədəlilərin durumundan danışdı

Qurban Qurbanov zədəlilərin durumundan danışdı

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin "Sürix"lə cavab oyununda zədələnən futbolçularının vəziyyətindən danışıb.

SİA Qol.az-a istinadən xəbər verir ki, o, oyundan sonra keçirilən mətbuat konfransında bildirib ki, matçın 40-cı dəqiqəsində zədələnərək meydanı tərk edən Kevin Medinanın durumu ciddidir:

"Medinanın zədəsi ciddiyə oxşayır. Sabah Bakıya qayıdandan sonra dəqiq diaqnoz qoyulacaq".

Baş məşqçi digər xırda zədə alan futbolçuların durumunun yaxşı olduğunu bildirib: "Digərlərinin zədəsi isə yorğunluqla bağlıdır. Ciddi problemləri yoxdur".

Xatırladaq ki, Bakıda "Sürix"ə 3:2 hesabı ilə qalib gələn "Qarabağ" İsveçrədəki matçda 2:2 hesablı bərabərliklə 3-cü mərhələyə yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə