İsveçrədə "Sürix" və "Qarabağ" arasında keçirilən UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab matçında əlavə vaxtda Ağdam təmsilçisi hesabı bərabərləşdirib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, matçın 98-ci dəqiqəsində Ovusu Kvabena fərqlənib - 2:2.
Qeyd edək ki, bu cütün qalibi üçüncü təsnifat mərhələsində “Slovan” (Bratislava, Slovakiya) – “Ferentsvaroş” (Macarıstan) cütünün güclüsü ilə üz-üzə gələcək. Uduzan komanda isə UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində "Budyo Qlimt" (Norveç) - "Linfild" (Şimali İrlandiya) cütünün məğlubu ilə görüşəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB