Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında həndbol yarışları avqustun 7-də start götürəcək. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən SİA-ya bildiriblər ki, avqustun 13-də yarımfinallar, bir gün sonra isə final və üçüncü yer uğrunda görüş keçiriləcək.
Azərbaycanın kişi həndbol millisi B qrupunda Türkiyə və İranla mübarizə aparacaq.
Qadınlardan ibarət millimiz isə İran, Əfqanıstan və Kamerun yığmaları ilə B qrupunda qüvvəsini sınayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB