UEFA Çempionlar Liqasındakı təmsilçimiz “Qarabağ” bu gün turnirin ikinci təsnifat mərhələsinin cavab oyununda İsveçrənin “Sürix” klubu ilə qarşılaşacaq. SİA-nın AFFA-ya istinadən məlumatına görə, Sürix şəhərindəki Letzigrund stadionunda Bakı vaxtı ilə saat 21:00-da başlayacaq qarşılaşmanı Niderlanddan olan hakimlər idarə edəcək:
"Sürix” – “Qarabağ”
27 iyul. Sürix. Letzigrund stadionu. Saat 21:00
Baş hakim: Allard Lindhout
Baş hakimin köməkçiləri: Charles Schaap, Roy De Nas
Dördüncü hakim: Jeroen Manschot
Qeyd edək ki, bu komandalar arasında bir həftə əvvəl Bakıda keçirilmiş ilk oyun 3:2 hesabı ilə “Qarabağ”ın xeyrinə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB