"Sürix"in müdafiəçisi "Qarabağ"la oyunu buraxacaq

"Sürix"in müdafiəçisi "Qarabağ"la oyunu buraxacaq

"Sürix"in futbolçusu Beçir Omeraqiç İsveçrədə "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununu buraxacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 20 yaşlı müdafiəçi zədə səbəbindən matçda iştirak etməyəcək.

Bundan əlavə, meydan sahiblərinin aparıcı oyunçularından hesab olunan Blerim Cemaylinin də meydana çıxıb-çıxmayacağı bəlli deyil.

Qeyd edək ki, bu gün "Letsiqrund" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İlk görüşdə "köhlən atlar" qələbə qazanıb - 3:2.

Bütün xəbərlər Facebook səhifəmizdə