Yalandır...

"Atletiko Madrid”in prezidenti Enrike Sereso "Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldonun mümkün transferi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, onun sözlərini “Cope” sitat gətirir.

“Ronaldonun “Atletiko”ya transferi ilə bağlı bu hekayəni kimin ağlına gətirdiyini bilmirəm. Bu, qətiyyən doğru deyil”-deyən Sereso Ronaldonun Madrid klubuna keçidinin demək olar ki, mümkün olmadığını bildirib.

Qeyd eilib ki, elə əvvəllər də ispan komandasının azarkeşləri portuqaliyalı hücumçunun klubu potensial transferinə qarşı çıxırdılar. Onlar öz narazılıqlarını bildirməyə və #ContraCR7 ("Kristiano Ronaldoya qarşı") heşteqi ilə yazılar dərc etməyə başladılar.

Xatırladaq ki, 37 yaşlı oyunçunun "Atletiko"ya mümkün transferi iyulun 23-də yayılmışdı. Futbolçunun özünün İspaniya çempionatına qayıtmaqda maraqlı olduğu da deyilir.

Amma neyləyəsən ki, yaş öz sözünü deyir. Necə deyərlər qocadan ...hamı bezardır?

...Ronaldo 2021-ci ilin avqustunda “Yunayted”ə qayıdıb. Portuqaliyalı beşqat "Qızıl top"un qalibi və beşqat Çempionlar Liqasının qalibidir: o, "Real Madrid"in tərkibində dörd titul qazanıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə