"Bavariyaya qalib gəlmək yaxşı hiss idi" - Erlinq Haaland

"Bavariyaya qalib gəlmək yaxşı hiss idi" - Erlinq Haaland

"Mançester Siti"nin yeni transferi Erlinq Haaland komandasının "Bavariya" üzərində 1:0 hesablı qələbəsindən sonra açıqlamalar verib. SİA-nın "Fanatik"ə istinadən məlumatına görə, "Mançester Siti"nin yoldaşlıq görüşündə qarşılaşdığı "Bavariya"ya 1:0 hesabı ilə qalib gələrək komandasının yeganə qoluna imza atan yeni transfer Erlinq Haaland matçdan sonra hislərini dilə gətirərək, "Bavariya"ya qarşı ardıcıl 7 oyunda uduzduqdan sonra ilk qələbə yaxşı hissdir. Bu həftə oynayacağımız "Liverpul" oyunundan əvvəl yaxşı sınaq idi" şərhini yazıb.

Xatırladaq ki, "Mançester Siti" 30 iyul 2022-ci il saat 19:00-da "Community Shield" kuboku uğrunda "Liverpul" ilə qarşılaşacaq.

Müəllif: Şiraslan

Bütün xəbərlər Facebook səhifəmizdə