UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşü üçün İsveçrəyə yollanan "Qarabağ" FK-nin "Sürix"lə maç öncəsi mətbuat nümayəndələri ilə görüşü olacaq. SİA-nın "Qarabağ" FK-na istinadən məlumatına görə, iyulun 26-da saat 18:40-da (Bakı vaxtı ilə 20:40) Sürix şəhərində komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq. Saat 19:00-da isə (Bakı vaxtı ilə 21:00) matçın keçiriləcəyi "Letsiqrund" stadionunda komandamızın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) reallaşacaq.
Qeyd edək ki, "Sürix" - "Qarabağ" oyunu iyulun 27-də Bakı vaxtı ilə 21:00-da baş tutacaq. İlk matçda komandamız 3:2 hesabı ilə qalib gəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB