Daha 5 güləşçimiz Dünya Çempionatına qatılıb

Daha 5 güləşçimiz Dünya Çempionatına qatılıb

İtaliyanın paytaxtı Romada güləş üzrə U-17 dünya çempionatı davam edir. SİA-nın Azərbaycan Güləş Federasiyasına istinadən verdiyi məlumata görə, yarışın ikinci günündə 45, 51, 60, 71 və 92 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub. Görüşlər Bakı vaxtı ilə 13:30-da başlayacaq.

Hüseyn Savadov (45 kq) ilk mərhələdə türkiyəli Ömər Altaşla qarşılaşacaq. Vədat Qasımlı (51 kq) Rafail Papageorgiu (Yunanıstan) - Armen Gevorqyan (Ermənistan) görüşünün qalibiylə üz-üzə gələcək.

Məhəmməd Qasımzadənin (60 kq) təsnifat mərhələsində rəqibi misirli Omar Murad olacaq.

Davud Məmmədov (71 kq) 1/8 finalda Amirşah Vahobov (Özbəkistan) - Maksim Radik (Ukrayna) qarşılaşmasının qalibiylə güləşəcək.

Mikayıl İsmayılov (92 kq) 1/8 finalda gürcüstanlı Gor Ayvazyanla qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə