"Qalatasaray" Şeyxu Kuyateni transfer etdi

"Qalatasaray" Şeyxu Kuyateni transfer etdi

"Qalatasaray"dan diqqət çəkici iddia gəldi. SİA-nın "Aspor"a istinadən məlumatına görə, "Qalatasaray" "Kristal Pelas"da çıxış edən Şeyxu Kuyatenin transferini tamamlayır. Xəbərdə İdrissa Gueye ilə problem yaşayan sarı-qırmızılıların başqa bir seneqallı ulduz Kuyateyə müraciət etdiyi və razılığa gəlindiyi bildirilir.

Müqaviləsi başa çatan 32 yaşlı futbolçu 2018-ci ildən "Kristal Pelas"a 10,7 milyon avroya transfer olunmuşdu. Premyer Liqada 258 oyun keçirən təcrübəli ulduz 14 qol və 14 məhsuldar ötürmə ilə çıxış edib. 6 nömrəli mövqedə və müdafiənin ortasında oynaya bilən Şeyxu Kuyate ötən mövsüm “Kristal Pelas”da 31 oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə komandasına töhfə verib.

Bütün xəbərlər Facebook səhifəmizdə