“Sumqayıt” FK “Samsunspor”la yoxlama oyunu keçirib

“Sumqayıt” FK “Samsunspor”la yoxlama oyunu keçirib

2022/23 mövsümü üçün hazırlıqlarını Türkiyənin Ankara şəhərində davam etdirən “Sumqayıt” futbol klubu növbəti yoxlama oyununda qüvvəsini sınayıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Aleksey Baqanın yetirmələri 1-ci liqa təmsilçisi “Samsunspor”la üz-üzə gəliblər.

"The Sign Esentepe" otelinin meydançasında baş tutan qarşılaşmada komandamız 0:2 hesabı ilə məğlub olub.

Bütün xəbərlər Facebook səhifəmizdə