Paris Olimpiya Oyunlarının proqramı açıqlanıb

Paris Olimpiya Oyunlarının proqramı açıqlanıb

2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının təşkilat komitəsi yarışların proqramını açıqlayıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, yarışların tarixi və açılış vaxtı bazar ertəsi günü təşkilat komitəsinin mətbuat xidməti tərəfindən dərc olunub.

İlk qızıl medallar iyulun 27-də oynanılacaq. İdmançılar cüdo, qılıncoynatma, velosiped idmanı, skeybordinq, üzgüçülük, suyatullanma, reqbi və atıcılıqda mübarizə aparacaqlar. Olimpiadanın sonuncu günü – avqustun 11-də güləş, yüngül atletika (marafon), basketbol, su polosu, trek velosiped idmanı, beşnövçülük və həndbol yarışları olacaq.

Paris Yay Olimpiya Oyunları 2024-cü il iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

Bu arada idman tədbirinin devizi də məlum olub – “Gəlin Oyunları geniş açaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə