Həmilton Formula 1-də 300-cü turunu keçirib

Həmilton Formula 1-də 300-cü turunu keçirib

Yeddiqat dünya çempionu, Mercedes komandasının pilotu Lyuis Həmilton Fransada keçən həftə sonu Formula 1-də 300-cü turunu keçirib. SİA-nın "PitPass"a istinadən məlumatına görə, Həmilton 400 Qran-Priyə çatması ehtimalına münasibət bildirərkən vurğulayıb ki, “400 böyük rəqəmdir. Əvvəla, mən artıq 300 Qran Priyə çatdığım üçün minnətdaram, amma özümü təravətli və dolğun hiss edirəm. Hər yarışdan zövq alıram və belə bir komandada işləməkdən qürur duyuram. İşimdən heç vaxt olmadığı qədər zövq alıram.

Yenidən qalib gəlmək istəyirəm və ona qayıtmaq üçün vaxt lazımdır. Nə vaxtsa biz mütləq danışıqlar masasına oturub gələcəyi müzakirə edəcəyik, amma indi komandamızla inkişaf etmək istəyirəm. Təkcə yarışlarda deyil, həm də trasdan kənarda”.

Mercedes-in rəhbəri Toto Volf daha sonra bildirib ki, "Həmilton Formula 1-də daha 5-10 il keçirə bilib və karyerasında 400 Qran Priyə çata bilib".

Xatırladaq ki, Həmiltonun Mercedes ilə müqaviləsi 2023-cü ilin sonuna kimi hesablanıb.

Müəllif: Şiraslan

Bütün xəbərlər Facebook səhifəmizdə