Güləşçilərimiz dünya çempionatında mübarizəyə başlayır

Güləşçilərimiz dünya çempionatında mübarizəyə başlayır

Bu gün İtaliyanın paytaxtı Romada güləş üzrə U-17 dünya çempionatı start götürəcək. Azərbaycan Güləş Federasiyasından SİA-ya verilən məlumata görə, yarışın ilk günündə 5 çəkidə yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq. Qarşılaşmalar Bakı vaxtı ilə 13:30-da başlayacaq.

Səid Xəlilov (48 kq) debütdə amerikalı Kristian Kastilyonu sınağa çəkəcək.

Fəraim Mustafayev (55 kq) 1/8 finalda misirli Hüseyn Hasaneynlə qarşılaşacaq.

Əli Əlizadə (65 kq) ilk mərhələdə macar Levente Levayla üz-üzə gələcək.

İsmayıl Rzayev (80 kq) təsnifat mərhələsində polşalı Voyçieş İvanovskini sınağa çəkəcək.

Məzaim Mərdanov (110 kq) isə 1/8 finalda özbəkistanlı Rustam Sadikovla üz-üzə gələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə