"Barselona"dan ayrılan Dani Alveşin Meksika təmsilçisi "Pumas"a keçidi rəsmiləşib.
SİA Qol.az-a istinadən xəbər verir ki, 39 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb. O, yeni klubuna azad agent kimi qoşulub.
Qeyd edək ki, braziliyalı futbolçu daha əvvəl "Sevilya", "Yuventus", PSJ, "San Paulo" və "Barselona"da çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB