ngiltərənin “Kristal Pelas” klubu heyətini yeni futbolçu ilə gücləndirib. SİA Matç.az-a istinadən xəbər verir ki,, Premyer Liqa təmsilçisi Fransanın “Lans” klubunun yarımmüdafiəçisi Şeyk Dukureni transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Malidən olan 22 yaşlı futbolçu London klubu ilə 5 illik müqavilə imzalayıb. “Kristal Pelas” bu transfer üçün “Lans”a 21.30 milyon avro təzminat ödəyib.
Şeyk Dukure “Lans”ın öz yetirməsidir. O, 2018-ci ildən bu klubun əsas komandasında forma geyinirdi. Fransa təmsilçisinin heyətində 128 oyuna çıxan futbolçu, 8 qola imza atıb. Gənc oyunçu Mali yığmasında da 5 matça çıxıb.
Yeri gəlmişkən, “Lans” hücumçusu Simon Banzanı da Portuqaliyanın “Braqa” klubuna satıb. Fransadan olan 25 yaşlı futbolçu yeni klubu ilə 5 illik müqavilə bağlayıb. Bu transfer üçün Fransa klubuna 5 milyon avro ödənilib.
“Lans”ın öz yetirməsi olan Banza, 2015-ci ildən bu klubun əsas komandasında forma geyinirdi. O, geridə qalan mövsümü icarə əsasında Portuqaliyanın “Famalikan” klubunda keçirib, burada 32 oyuna 15 qol vurub, 6 məhsuldar ötürmə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB