"Barselona" heyətinə yeni futbolçu qatmağa hazırlaşır.
Qol.az xəbər verir ki, bu barədə "Diario Sport" məlumat yayıb. Kataloniya təmsilçisi "Atletik"in 31 yaşlı müdafiəçisi İniqo Martines ilə anlaşıb. Tərəflər 4 illik müqavilə üçün razılaşıblar.
Qeyd edək ki, İniqo ötən mövsüm "Atletik"in heyətində 33 oyunda 3 qol vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB