Qılıncoynatma üzrə Azərbaycan millisi 1/4 finala yüksəlib

Qılıncoynatma üzrə Azərbaycan millisi 1/4 finala yüksəlib

Azərbaycanın qadın sablyaçılardan ibarət komandası Misirin paytaxtı Qahirədə keçirilən dünya çempionatında 1/4 finala yüksəlib. SİA-nın məlumatına görə, Anna Başta, Səbinə Kərimova, Valeriya Bolşakova və Sevil Bünyatovadan ibarət kollektiv ilk görüşündə Hindistan yığmasına 45:42 hesabı ilə qalib gəlib.

Milli Çin seçməsini isə 45:35 hesabı ilə üstələyib.

Komanda sabah yarımfinala vəsiqə uğrunda Fransa ilə üz-üzə gələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə