Kriştiano Ronaldonun transferi ilə bağlı açıqlama

Kriştiano Ronaldonun transferi ilə bağlı açıqlama

"Atletiko Madrid"in prezidenti Enrike Serezo "Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldonun kluba keçə biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. SİA-nın "Goal.com"a istinadən məlumatına görə, Serezo bildirib ki, “Mövsümün əvvəlinə heyrətamiz oyunçular və fantastik məşqçi ilə gəldik. Komandmızda hər şey var, daha nə istəyə bilərik?”

Xatırladaq ki, daha əvvəl Ronaldonun İspaniyaya qayıdıb "Atletiko Madrid"ə keçməkdə maraqlı olduğu bildirilirdi. Bunun üçün o, maaşının 30% azaldılmasına belə, hazır idi.

Ronaldo 2021-ci ildən "Mançester Yunayted"də çıxış edir. Portuqaliyalı hücumçu ilə klub arasında müqavilə 2023-cü ilə qədər nəzərdə tutulub.

Müəllif: Şiraslan

Bütün xəbərlər Facebook səhifəmizdə