Atletika üzrə Dünya Çempionatı - 2022

Atletika üzrə Dünya Çempionatı - 2022

İyulun 15-dən iyulun 24-dək ABŞ-ın Oreqon ştatı atletika üzrə dünya çempionatına ev sahibliyi edir. SİA-nın "Çempionat"a istinadən məlumatına görə, yeddinci yarış günündə (21-22 iyul) iki dəst medal oynanılıb.

Qadınlar arasında 200 metr məsafəyə qaçışda qızıl medalı dünya çempionatı rekordu (21.45 s) təyin edən Yamayka təmsilçisi Şerika Cekson qazanıb. İkincisi isə onun həmyerlisi Şelli-Ann Freyzer-Prays olub. Ən güclü üçlüyü Böyük Britaniyadan olan Dina Aşer-Smit bağladı.

Kişilər arasında 200 m məsafəyə qaçışda dünyada mövsümün ən yaxşı nəticəsini göstərən amerikalı Noah Liles qalib gəlib (19.31). Onun həmyerliləri Kennet Bednarek və Herrion Nayton müvafiq olaraq ikinci və üçüncü yerləri tutaraq növbəti pillədə qərarlaşıblar.

Xatırladaq ki, rusiyalı idmançılar atletika üzrə dünya çempionatını buraxırlar. Bu qərarı Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası (Dünya Atletika) Beynəlxalq Olimpiya Komitəsinin (BOK) tövsiyələrinə uyğun olaraq qəbul edib.

Müəllif: Şiraslan

Bütün xəbərlər Facebook səhifəmizdə