Bakı şəhəri növbəti dünya çempionatına ev sahibliyi edəcək. SİA-nın ATF-yə istinadən məlumatına görə, Dünya Taekvondo Federasiyası (DTF) İcraiyyə Komitəsinin İsveçrənin Lozanna şəhərində keçirilən növbədənkənar yığıncağında qəbul edilən qərara əsasən, 2023-cü ildə böyüklər arasında dünya çempionatı ölkəmizin paytaxtı Bakı şəhərində keçiriləcək.
DTF-in 50-illik yubileyinə təsadüf edən çempionatın keçirilmə tarixi yaxın vaxtlarda açıqlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB