Macarsıtan "Fehervar"ının baş məşqçisi Mixael Boris Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Qəbələ"yə 4:1 hesabı ilə qalib gəldikləri ilk oyundan sonra mətbuat konfransı keçirib.
SİA Qol.az-a istinadən xəbər verir ki, o, matç haqda deyib:
“İlk 20 dəqiqə istədiyimiz kimi getmədi. Sürətli oyun görə bilmədim. Bəzi məqamlarda çətinlik çəkdik. Komandam hesabı bərabərləşdikdən sonra öz oyununu tapdı. Nəticədən razıyam. Amma oyun planında heç də hər şey ideal deyil. Bundan sonra tamamilə cavab qarşılaşmasına köklənəcəyik. Səfərdə daha sürətli oyun sərgiləyəcəyik. Bu matçın son 20 dəqiqəsindəki kimi mübarizə aparmağa çalışacağıq. Sabahdan cavab oyununa hazırlaşacağıq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB